Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ADY sədri özbəkistanlı həmkarı ilə Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ADY sədri özbəkistanlı həmkarı ilə Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb.

Görüşdə Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri, hər iki tərəfi maraqlandıran digər mühüm məsələlər müzakirə edilib. Həmçinin bu ilin iyun ayında iki ölkənin dəmiryol administrasiyaları arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində müştərək səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Reklam_3_11

Bununla yanaşı, görüşdə iki ölkə arasında Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyətin şaxələndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolu layihəsinin icrası ilə Özbəkistan tərəfinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

19.09.2024 15:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18