UForex-in təşkil etdiyi müsabiqə yekunlaşdı – qaliblər elan edildi!
(®) Bu gün, 30 sentyabr tarixində UForex-in gənc treyderlərə dəstək məqsədilə təşkil etdiyi “Battle of Traders” müsabiqəsi yekunlaşdı.
174 nəfər iştirakçının qatıldığı müsabiqənin sonunda ticarət edərək ən çox gəlir əldə edən 3 hesabın sahibləri qalib seçildilər. Qaliblərin siyahısı “UForex”in bütün sosial media hesabları üzərindən (Instagram, Facebook, Telegram) ictimaiyyətə elan olunub.
Mükafat qismində həmin şəxslər real vəsaitli ticarət hesabı əldə ediblər: I yer – 1000 AZN, II yer – 500 AZN, III yer – 300 AZN. Onlar həm real hesabda əməliyyatlar apararaq gəlirlərini daha da artıra, həm də qazandıqları məbləği nağdlaşdıra bilərlər.
Qeyd edək ki, böyük marağa səbəb olan “Battle of Traders” müsabiqəsinin əsas hədəfi yeni başlayan investisiya həvəskarlarına dəstək olmaq, onların strateji düşüncə, bilik və bacarıqlarını təşviq etməkdir.
Müştərilərinə 10 ildən artıqdır ki, “MetaTrader4” platforması üzərindən qlobal foreks bazarlarına çıxış təmin edən UForex, “Unicapital İnvestisiya Şirkəti”nin tərkibində fəaliyyət göstərir. Sözügedən platforma qızıl, gümüş, neft, valyuta cütlükləri kimi maliyyə alətləri ilə ticarət etmək imkanı verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
1 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
2 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
2 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















