Türkiyədə inflyasiya 50 faizdən aşağı düşüb
Türkiyədə inflyasiya sentyabr ayında aylıq müqayisədə 2,97 faiz artarkən, illik müqayisədə 49,38 faizə enib. Beləliklə, illik inflyasiya 14 aydan sonra 50 faizdən aşağı düşüb. İllik inflyasiya 2021-ci ildən sonra ilk dəfə pul siyasəti faizindən aşağı düşüb.Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, məlumatlar ölkədə illik inflyasiyanın 50 faizdən aşağı düşdüyünü göstərib. Beləliklə, illik inflyasiya son üç ildə ilk dəfə olaraq Mərkəzi Bankın pul siyasəti faizindən (hazırda 50%) aşağı düşüb.
TÜİK-in məlumatına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə 49,38 faiz artıb. Sentyabrda aylıq inflyasiya isə 2,97 faiz olub (avqust ayı ilə müqayisədə sentyabrda qiymət artımı 2,97 faiz təşkil edib).
İllik baza inflyasiyada yavaşlama sentyabr ayında da davam edib. İllik baza inflyasiya 49,10%, aylıq baza inflyasiyası 3,57 faiz təşkil edib.
İstehsalçı qiymətləri indeksinin artımı da ötən ayla müqayisədə yavaşlayıb. İstehsalçı qiymətlərində illik artım sentyabrda 33,09 faizə geriləyib. Eyni dövrdə aylıq istehsalçı inflyasiyası 1,37 faiz olub.
Türkiyədə illik müqayisədə ən böyük qiymət artımı 97,87 faiz ilə mənzildə olub. Təhsil sahəsində 93,59 faiz, restoran və otellərdə 65,41 faiz, spirtli içkilər və tütündə 52,35 faiz, səhiyyədə 50,70 faiz, müxtəlif mal və xidmətlərdə 46,69 faiz, əyləncə və mədəniyyətdə 43,96 faiz, qida və alkoqolsuz içkilərdə 43,7, geyim və ayaqqabıda 30,70 faiz, qiymət artımı qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)









.jpg)





