“Meqa Sığorta” Avstriya şirkəti ilə 5 milyonluq müqavilə bağladı
“Meqa Sığorta” ASC tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər "VİG Re" təkrarsığorta şirkətinə ötürüləcək. Həmçinin "Meqa Sığorta" zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə edib.“Meqa Sığorta” ASC Avstriyanın ən böyük beynəlxalq sığorta qrupu olan “Vienna Insurance Group” şirkətlər qrupuna daxil olan “VİG Re” şirkəti ilə əməkdaşlığa başlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Marja-ya verilən məlumata görə, “Meqa Sığorta” şirkəti ilə "VİG Re" şirkəti arasında əmlak sığortası, eləcədə katastrofik risklərin təkrarsığortası üzrə obliqator təkrarsığorta müqaviləsi bağlanmışdır.
Əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, “Meqa Sığorta” ASC tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər (əmlakın yanğından və digər risklərdən sığortası, daşınmaz əmlakın icbari sığortası, tikinti-quraşdırma risklərinin sığortası, podratçının maşın və avadanlıqlarının sığortası və s.) 5 milyon manat həddində "VİG Re" təkrarsığorta şirkətinə ötürüləcək. Bundan əlavə yeni əməkdaşlıq müqaviləsi çərçivəsində "Meqa Sığorta" zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə edib.
Qeyd edək ki, dünyanın 30-dan çox ölkəsində, 30 mindən çox əməkdaşı olan Vienna Insurance Group Mərkəzi və Şərqi Avropanın ən iri sığorta qrupu hesab olunur və şirkətin maliyyə dayanıqlığı reytinqi Standard & Poor's tərəfindən A+ olaraq təsdiq edilmişdir.
“Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə Azərbaycan sığorta bazarının lider şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















