"Araz" 96 fermerdən 50 milyon manatlıq 40 min tondan çox məhsul alıb
“Araz” supermarketlər şəbəkəsi cari ilin ilk yarısında “Tarladan rəfə” konsepsiyası çərçivəsində 96 fermerdən 50 milyon manat dəyərində, 40 min tondan çox kənd təsərrüfatı məhsulu alıb.“Araz”la əməkdaşlıq nəticəsində məhsul əlimizdə qalıb xarab olmur”
“Araz”la əməkdaşlıq fermerlər üçün olduqca əlverişlidir. Məhsul əlimizdə qalmır, xarab olmur və ən əsası müştəri axtarmırıq. Öncədən nə qədər məhsul alacaqlarını bildirirlər, biz də o qədər əkib-becərib, tədarük edirik”. Bu sözləri “Araz”ın ən böyük tərəvəz tədarükçülərindən biri, ağ kələm istehsalçısı Ağdaş sakini Qalib Qasımov deyir. O, 11 ildir ki, təsərrüfatla məşğuldur və 38 ha. ərazidə kələm və badımcan yetişdirir. Q.Qasımovun sözlərinə görə, “Araz” ilə əməkdaşlıq nəticəsində təsərrüfatı dirçəlib, inkişaf edib. Marketlərin sayı artdıqca, alınan məhsulun həcmi də artır:
“Yaxın gələcəklə bağlı planlar çoxdur. “Araz”la əməkdaşlıq çərçivəsində biz bütün planlarımızı yerinə yetirəcəyik. Mən bütün fermerlərin adından bu cür sosial təşəbbüsə görə “Araz” supermarketlər şəbəkəsinə dərin təşəkkürümü bildirirəm, əməkdaşlığımızın daimi olmasını arzulayıram”.
“Məhsul birbaşa fermerlərdən alınıb marketlərdə satışa çıxarılır”
“Araz” supermarketlər şəbəkəsi ilə uğurlu əməkdaşlıq edən fermerlərdən biri də alma, armud, nektarin, gavalı, şaftalı və gilas tədarükçüsü Elnur Mənsimovdur. Onun sözlərinə görə, “Araz” ilə əməkdaşlıq nəticəsində təsərrüfatı xeyli genişləndirib və artıq 400 ha. ərazidə əkin işləri həyata keçirir: “Araz” fermerlərlə əlaqə qurduqdan sonra biz – fermerlər məhsulu marketlərə çatdırmaq üçün vaxt və pul sərf etmirik, məhsul əlimizdə qalıb xarab olmur, nə qədər istənilirsə, o qədər tədarük olunur. Buna görə də maddi və mənəvi zərərlərimiz olmur. Şirkət bizə öncədən növbəti ayda hər meyvədən hansı həcmdə alacağı barədə məlumat verir. Bu da bizə işimizi, xərc və gəlirlərimizi öncədən planlamağa imkan verir”.
96 fermerdən 40 min tondan çox məhsul alınıb
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi cari ilin ilk yarısında “Tarladan rəfə” konsepsiyası çərçivəsində 96 fermerdən 50 milyon manat dəyərində, 40 min tondan çox kənd təsərrüfatı məhsulu alıb. Bu məhsullar “Araz” mağazalarında müştərilərə təqdim edilib. Bu ilin sonunadək əməkdaşlıq edilən fermerlərin sayının 120-ə çatdırılması nəzərdə tutulur.
“Tarladan rəfə” konsepsiyasının məqsədi fermerlərin becərdiyi məhsulları tarladan birbaşa rəflərə gətirməklə həm kiçik və orta təsərrüfat subyektlərinə dəstək göstərmək, həm də istehlakçıları mümkün uyğun qiymətə, təzə və təravətli meyvə-tərəvəzlə təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















