Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir
Ölkəmizə səfər edəcək xarici qonaqlar üçün telekommunikasiya xidmətləri Azercell ilə artıq daha rahat və əlçatandır(®) Azercell şirkəti 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketlərini yeniləyərək daha sərfəli və rahat istifadə imkanları təqdim edir.
Ölkə qonaqlarının mobil internetdən istifadəyə üstünlük verdiyini diqqət mərkəzində saxlayan Azercell “Turist” tariflərində bu xidmətdən istifadə imkanlarını genişləndirir. Yenilənmiş tariflər çərçivəsində sosial media üçün nəzərdə tutulan internet həcmi ümumi istifadə üçün ayrılan internet həcmi ilə birləşdirilir. Nəticədə “Xoş gəldin”, “Super” və “Maks” tariflərində ümumi istifadə üçün nəzərdə tutulan internet həcmi 2 dəfə artırılır.
İndi “Xoş gəldin” tarifinin istifadəçiləri ay ərzində 30 GB internet, “Super” tarifinin istifadəçiləri 60 GB internet və “Maks” tarifinin istifadəçiləri 120 GB internet həcmindən yararlana bilərlər.

Eyni zamanda, “Turist” nömrələri və tarif paketlərinin istifadə müddəti 15 gündən 30 günə qədər uzadılır. Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi olan əcnəbi vətəndaşlar 30 günlük müddət bitdikdən sonra müvafiq sənədlər təqdim edərək “Turist” və digər tariflərdən istifadəni davam etdirə biləcəklər.
Qeyd edək ki, “Turist” tarif paketlərinə qoşulmaq üçün əcnəbi vətəndaşlar xarici pasport ilə istənilən Azercell Eksklüziv ofislərinə və ya rəsmi dilerlərinə müraciət edə bilərlər.
Azercell-in rəsmi veb-səhifəsinə keçid edərək tariflər barədə daha ətraflı məlumatla tanış olmaq mümkündür.
Qeyd edək ki, bu yeniliklər Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) və digər beynəlxalq tədbirlər ilə əlaqədar həyata keçirilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 9 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)





.jpg)






