Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 kilovoltluq və 0.4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin olaraq bununla əlaqədər Xidmət tərəfindən dövlət satınalınması həyata keçirilib.
Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlar və Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tender elan edilib. Muxtar Respublikanın digər kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması üçün Xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək bir çox mal-materiallar alınıb.
Alınan müasir özünü daşıyan izolyasiyalı kabellər (SİP) və aksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları, tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrə Şəhər və Rayon Elektrik Şəbəkələrinə göndərilib.
Həmçinin ötən əsrin sonlarından istismar olunan hava elektrik verilişi xəttləri yenilənəcək, istismar müddəti bitmiş taxta dirəklər dəmir-metal dirəklərlə əvəz olunacaq.
Bunun da nəticəsində abonentlər daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza və imtinaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texniki itkiləri azalacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)





