"Yapı Kredi Bank Azərbaycan"dan 3 rübdə 8,3 milyon manat xalis mənfəət
"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 8.3 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - sentyabr ayları üzrə faiz gəlirləri 18% artaraq 32 milyon manat, qeyri-faiz gəlirləri 16% artaraq 19 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 7% artaraq 27 milyon manat olmuşdur.
Qeyd edilib ki, cari ilin üçüncü rübündə bankda müştərilərə verilən kredit porfelininin həcmi keçən ilin sonu ilə müqayisədə 11% artmış və 325 milyon manat təşkil etmişdir. Belə ki, istehlak kreditləri 12% artaraq 76 milyon manata, daşınmaz əmlak kreditləri 35% artaraq 47 milyon manata çatmışdır. Biznes kreditləri cari ilin üçüncü rübündə 7% artaraq 202 milyon manat təşkil etmişdir.
Bankda depozit portfeli 403 milyon manat təşkil etmişdir. Fiziki şəxslərdə bu rəqəm keçən ilin sonu ilə müqayisədə 11% artaraq 100 milyon manat, hüquqi şəxslərin depozit portfeli isə keçən ilin sonu ilə müqayisədə 10% artaraq 303 milyon manat təşkil edib.
"Yapı Kredi Bank Azərbaycan" cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 16.14%, məcmu kapitalının adekvatlıq əmsalı isə 18.82% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 97 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş." bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)




