"Premium Bank" pərakəndə biznesdə böyüməyə başlayıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
"Premium Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 9 milyon 505 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 7 milyon 881 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayının yekunu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 1 milyon 624 min manat və ya 20,6% artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Premium Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 23 milyon 998 min manat ikən, 2024-cü ilin 9 ayında 24 milyon 222 min manat təşkil edib (224 min manat və ya 0,9% artıb). 2024-cü ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri isə 12 milyon 751 min manat təşkil edib (ötən ilin eyni dövründə 13 milyon 668 min manat).
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2024-cü ilin yanvar-sentyabr dövründə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 973 min manat, cəmi əməliyyat xərcləri (fai və qeyri-faiz xərcləri) 27 milyon 548 min manat, əməliyyat mənfəəti 9 milyon 425 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 80 min manat mənfəətə əlavə edilib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr dövründə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 37 milyon 666 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 316 min manat, əməliyyat mənfəəti 6 milyon 350 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 1 milyon 530 min manat mənfəətə əlavə olunmuşdu.
QEYRİ-FAİZ XƏRCLƏRİNİ AZALDIB
Diqqəti cəlb edən, "Premium Bank"ın qeyri-faiz xərclərinin azaltmasıdır. Belə ki, 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində Bankın qeyri-faiz xərcləri 4 milyon 436 min manat və ya 18,9% azalaraq 19 milyon 53 min manata düşüb.
İSTEHLAK KREDİTLƏRİ PORTFELİNİ KƏSKİN ARTIRIB
"Premium Bank" biznesini korporativ bankçılıq sahəsindən pərakəndə bankçılq sahəsinə keçirməkdədir. Rəqəmlərə əsasən qeyd etmək olar ki, Bankın bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz bəhərəsini verir. Belə ki, "Premium Bank"ın istehlak kreditləri portfeli 2023-cü ilin sonu ilə müqayisədə, 2024-cü ilin 9 ayı ərzində 12 milyon 64 min manat və ya 62,7% artaraq 30 sentyabr 2024-cü il tarixində 31 milyon 312 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 7 milyon 966 min manat və ya 11,9% artaraq 74 milyon 945 min manata yüksəlib. 30 sentyabr 2024-cü il tarixində "Premium Bank" 469 milyon 149 min manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub.
BANKDA ÖDƏMƏ VAXTI KEÇMİŞ KREDİTLƏR AZALIB
"Premium Bank"da vaxtı keçirilmiş kreditlərin məbləği azalmaqdadır. Belə ki, 2024-cü ilin 9 ayında Bankda vaxtı keçmiş kreditlərin məbləği 1 milyon 559 min manat və ya 33,6% azalaraq 30 sentyabr 2024-cü il tarixində 3 milyon 84 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin Bankın cəmi kredit portfelində xüsusi çəkisi 0,6%-dir.
Əlavə edək ki, 30 sentyabr 2024-cü il tarixində "Premium Bank" 650 milyon 959 min manat cəmi aktivlərə, 473 milyon 61 min manat cəmi öhdəliklərə, 172 milyon 268 min manat məcmu kapitala malik olub. Bu da Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbindən 3 dəfədən çox yüksəkdir.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
16 d. əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
-
54 d. əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
1 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
- 2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Ən çox oxunanlar
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi














.jpg)






.jpg)



