Azərbaycanda üzüm yağının istehsalına başlanılıb
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) üzümün emalı zamanı yaranan tullantılardan (üzüm toxumu) soyuq sıxma üsulu ilə yağ istehsalına başlayıb, bunun patenti alınıb.
Bunu açıqlamasında institutun direktoru Vüqar Səlimov bildirib.
Onun sözlərinə görə, hazırda yağ əldə ediləcək üzüm sortları üzərində araşdırmalar aparılır: “Soyuq sıxma üsulu yağın keyfiyyətini artırır, arzuolunmaz maddələrin yaranma riskini aradan qaldırır, kimyəvi, qoruyucu və qatqı maddəsi daşımır. Dünyada üzüm yağının istehsalı aktualdır. Bu yağdan kosmetik vasitələrin istehsalında, tibbdə, yeyinti sanayesində geniş istifadə edilir”.
V. Səlimov qeyd edib ki, üzümçülük və şərabçılıq sahəsində emal zamanı böyük həcmdə tullantılar yaranır: “Tullantıya toxum, qabıq, daraq daxildir. Təxminən 1 000 ton üzümə 300 ton tullantı yaranır. Ona görə də tullantısız texnologiyanın perspektivi üzümçülük və şərabçılıq sahəsində çox yüksəkdir. İnstitutda üzümün emalı zamanı yaranan qalıqlardan bioloji aktiv maddələrin alınması istiqamətində də elmi tədqiqat işləri həyata keçirilir.”
Onun sözlərinə görə, ÜŞETİ-də həm də ölkənin milli şərab brendləri üçün texniki üzüm sortlarının inkişaf etdirilməsi istiqamətində iş aparılır: “Texniki üzüm sortları müasir üsullarla qiymətləndirilir, onlardan texnoloji istifadə istiqamətləri müəyyən olunur. Onlardan texnoloji istiqamətlərinə görə müxtəlif növ şərablar istehsal edilir. Bu texniki sortlara ölkənin nadir texniki üzüm sortları “Bayanşirə”, “Mələyi”, “Mədrəsə” , “Xindoqnı”, “Şirvanşahı” kimi sortlar daxildir. Bizim texniki üzüm sortları digər ölkələrin sortları ilə müqayisədə daha məhsuldardır. Son illərdə yerli sortların məhsuldarlığının artılması istiqamətində xeyli işlər görülüb”.
Direktor vurğulayıb ki, ölkədə dəmyə şəraitindəki bəzi üzüm bağlarında becərilən xarici sortların quraqlığa və yüksək temperatura davamsızlığı nəticəsində məhsul kəskin şəkildə az olub: "Halbuki, yerli sortlardan yüksək məhsuldarlıq əldə edilib. Bəzən sahibkarlar elə düşünürlər ki, yerli sortlar az məhsuldardır, xarici sortları ölkəyə gətirirlər. Lakin xarici sortların bir çoxu da yerli torpaq-iqlim şəraitinə uyğunlaşmır və məhsul vermir”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
6 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 13 d. əvvəl
-
16 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
19 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
20 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 34 d. əvvəl
-
43 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Ən çox oxunanlar
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək




























