“AS Group” şirkəti “Xəzər İnşaat Həftəsi 2024”-də iştirak edir
(®) 15-17 oktyabr tarixlərində Bakıdakı Expo Mərkəzində keçirilən “Xəzər İnşaat Həftəsi 2024”-ün iştirakçılarından biri də “AS Group” şirkətidir.
Sərgidə şirkət “Qarabağda bərpa edilən ərazilər” və “Kommersiya layihələrimiz” adlı iki hissədən ibarət stendlə iştirak edir. Stendin “Qarabağda bərpa edilən ərazilər” hissəsində “AS Group” işğaldan azad edilən torpaqlarımızda ilk bərpa edilən ərazi sayılan Zəngilan rayonun Ağalı kəndinin və Füzuli rayonunun Dövlətyarlı kəndinin maketlərini, bu layihələrə aid foto və video materiallarını nümayiş etdirir.
Qeyd edək ki, “AS Group” Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”in layihələndirmə işlərindən başlayaraq düzgün şəhərsalma, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılmasına kimi işlərin tam icarsını həyata keçirib. Füzuli rayonunun Dövlətyarlı kəndinin isə layihələndirmə işlərini yerinə yetirib. Stendin “Kommersiya layihələrimiz” adlanan ikinci hissəsində isə “AS Group” Bakının Premium Yaşayış Kompleksi sayılan “Renessans Palace” və Buzovnada yerləşən, İtaliyanın Toskana üslubunda inşa etdiyi “Villa Siena” villa kompleksi, onlar haqqında foto, video məlumatları təqdim edib. Şikrət eyni zamanda sərgi qonaqlarına dövlət sifarişilə yerinə yetirdiyi mülki və sənaye layihələri haqqında ətraflı məlumat verib.
“AS Group” və onun həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri haqqında daha geniş məlumat almaq istəyənlər “Xəzər İnşaat Həftəsi 2024” sərgisinə qonaq ola bilər. Həmçinin www.asgroup.az saytına daxil olaraq “AS Group” şirkəti haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
41 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 57 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























