"Kredit Həyat Sığortası" bahalıdırmı?
Son dövrlərdə ictimaiyyətdə kredit götürən şəxslərin həyatlarını sığortalama imkanları ilə bağlı yeni qaydalar müzakirə olunur. Kredit götürən şəxslər artıq öz həyatlarını sığortalamaq üçün daha geniş seçimlər əldə edəcəklər.
Kredit həyat sığortası kredit müddəti boyunca kredit götürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edir. Qeyd edək ki, müştəri özü könüllü olaraq, Kredit Həyat Sığortası məhsulunu əldə edib-etməməyi seçə bilər və bu kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərməyəcək.
Bəs "Kredit həyat sığortası"-nı əldə etmək bahadırmı?
“Kredit həyat sığortası”nın qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir.
Məsələn, 35-40 yaş arası bir şəxs 10 min AZN istehlak kredit götürdükdə, sığorta haqqı təxminən 20-30 AZN civarında olur.
Eyni yaş kateqoriyasında olan bir şəxs, əgər 3000 manatlıq kredit götürərsə, bu zaman sığorta haqqı daha da aşağı olacaq və təxminən 10 AZN təşkil edəcək.
Qeyd edək ki, göstərilən məbləğlər aylıq və illik deyil, kredit müddəti ərzində ümumi olaraq ödəniləcək məbləğdir.
Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.
Çoxları kredit həyat sığortasının bahalı olduğunu düşünsə də, əslində bu xidmətin qiyməti hər kəs üçün əlçatandır. Yuxarıdakı nümunələrdən də göründüyü kimi, bu sığorta növü kredit götürənlər üçün münasib və dəyərli bir təminatdır.
Daha ətraflı məlumat üçün 012 942 nömrəsi ilə əlaqə saxlaya və ya bu linkə keçid edə bilərsiniz: https://pasha-life.az/products/kredit-heyat-sigortasi/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























