Apple-ın baş direktoru Çinə səfər edib
ABŞ-ın texnologiya şirkəti Apple-ın Baş Direktoru (CEO) Tim Cook (Tim Kuk), süni intellekt xidmətlərini smartfon modeli iPhone-lara inteqrasiya etməyə hazırlaşdığı bir vaxtda şirkət üçün mühüm bazar olan Çinə səfər edib.
Marja xəbər verir ki, Tim Kuk, Çinin Weibo sosial şəbəkəsində şəxsi hesabından Pekinə səfəri ilə bağlı paylaşımlar edib.
Çinli fotoqraf Chin Man ilə Pekin küçələrini dolaşan və Apple-ın yeni smartfon modeli ilə fotoşəkillər çəkdirən Kuk, Çin Kənd Təsərrüfatı Universiteti və Cıciang Universitetinin tələbələri ilə Şunyi rayonundakı bir fermada kənd təsərrüfatında səmərəlilik və davamlılıq üçün rəqəmsal texnologiyaların tətbiqi ilə tanış olub.
Kuk Vanqfuçinq (Vangfucing) rayonundakı Apple mağazasına baş çəkib, işçilər və müştərilərlə vaxt keçirib.
Maraqlıdır ki, Kukun səfəri “Apple” şirkətinin “Apple Intelligence” adı altında məhsuldar süni intellekt xidmətlərini smartfonlara və digər cihazlara inteqrasiya etməyə hazırlaşdığı dövrə təsadüf edir.
Cook avqust ayında şirkətin balans hesabatı yığıncağında, Çin və Avropa Birliyi ölkələrində süni intellekt xüsusiyyətlərini bazara təqdim etməzdən əvvəl müvafiq qanunvericiliyi ətraflı şəkildə anlamaları lazım olduğunu vurğulamışdı.
Çində tənzimləyici orqanlar bu ilin ilk 8 ayında 188 məhsuldar süni intellekt xidmətinin istifadəsini təsdiqləsələr də, onların hamısı materik Çindəki şirkətlər tərəfindən hazırlanıb.
Kukun səfər proqramında rəsmi görüşlərin olub-olmadığı hələlik məlum deyil.
Apple şirkətinin rəhbəri bu il ikinci dəfə Çinə səfər edib. Kuk bundan əvvəl mart ayında Çin İnkişaf Forumunda (CDF) iştirak etmək üçün Çinə səfər etmişdi və forum çərçivəsində ABŞ-dan olan iş adamları ilə birlikdə Baş nazir Li Jiang ilə görüşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

















.jpg)






