Azərbaycanın sığorta bazarı 9 faizdən çox artıb
9 ayda (yanvar-sentyabr) Azərbaycan sığorta bazarının həcmi 1 milyard manatı ötüb.Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun cari ilin yanvar-sentyabr aylarına dair statistikalarını açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin 9 ayı ərzində Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 1 milyard 23,7 milyon manat sığorta haqları yığılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında həyat sığortası üzrə 560,1 milyon manat, qeyri-həyat sığortası üzrə 463,6 milyon manat sığorta haqları hesablanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığım həyat sığortası üzrə 16,3%, qeyri-həyat sığortası üzrə 2% artıb.
2024-cü ilin 9 ayı ərzində Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 553,8 milyon manat sığorta ödənişi edilib. Bu, ötən ilin eyni dövrünə nisbətdə 38,3% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti

























