Qazaxıstanın tikinti şirkətləri Azərbaycanda investor kimi iştirak etməkdə maraqlıdır
29 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov qurumunun əsas fəaliyyət istiqaməti barədə məlumat verdib.
Görüşdə, həmçinin Agentliyin icra etdiyi tikinti layihələri, güzəştli mənzilin üstünlükləri, mənzillərin əldə edilməsi qaydası, “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi haqqında məlumatları özündə əks etdirən təqdimat dinlənilib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir ölkələrimiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd etdi. Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan səfir Qazaxıstanın tikinti şirkətlərinin Azərbaycanda layihələrin icrasında investor kimi iştirak etməkdə maraqlı olduğunu bildirib.
Görüş zamanı tikinti sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 d. əvvəl
- 46 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















