Rusiya Google-u 20 desillyon dollar cərimələyib
“YouTube”da Rusiya qurumlarına və fiziki şəxslərə məxsus kanalların silinməsinə görə Rusiya məhkəmələri tərəfindən Google-a tətbiq edilən cərimələrin məbləği 20 desillyon (decillyon) dolları keçib.
Marja xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinə danışan hüquq eksperti İvan Morozov bildirib ki, “YouTube”da bəzi kanalların silinməsinə görə ölkədə “Google”a inzibati cərimələr tətbiq edilib.
Sözügedən cərimələrin 9 ay ərzində ödənilməməsi halında məbləğin hər gün ikiqat artdığına diqqət çəkən Morozov, "Məhkəmə bu cəriməni ləğv edə bilməz və Google qərarı icra etmədiyi üçün cərimənin hər gün ikiqat artır" deyib.
Google-a qarşı iddia ilə məşğul olan və adı açıqlanmayan vəkil bildirib ki, məhkəmə qərarı nəticəsində Google-un Rusiyanın 17 televiziya kanalına ödəməli olduğu təzminat məbləği 20 desillyon (decillyon) dolları keçib.
Son illərdə Google Rusiya dövlət kanalları da daxil olmaqla, Rusiya qurumlarına və şəxslərə məxsus bir çox kanalı YouTube-dan silib.
ABŞ-da yerləşən şirkət 2022-ci ildə Rusiyadakı törəmə şirkəti üçün maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün iflas prosesinə başlayıb.
Mütəxəssislər bildirirlər ki, Google-un Rusiyada cərimələri ödənilməz həddə çatdığından, şirkətin xidmətlərinə çıxış Rusiyada bloklana bilər.
Dünya Bankının məlumatlarına görə, 2023-cü ildə dünya iqtisadiyyatının həcmi təqribən 105 trilyon dollardır, 20 desillyon dollar isə bu rəqəmin kvintillyon qatı deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






