Belarus ət məhsulları ilk dəfə əmtəə birjası vasitəsilə Azərbaycana satılıb
Belarus Universal Əmtəə Birjasında (BUƏB) Azərbaycana ət məhsullarının ixracı üzrə ilk əqdlər qeydə alınıb və iki əqd üzrə ümumi alış həcmi 18 ton təşkil edib.
Bu barədə BELTA -ya BUƏB-in mətbuat xidmətindən məlumat veribilib.
Satıcı qismində Brest vilayətinin aparıcı ət emalı müəssisələrindən biri, alıcı qismində isə qida sənayesi üçün ət və ət məhsullarının idxalı üzrə ixtisaslaşmış Azərbaycan ticarət təşkilatı çıxış edib.
BUƏB-in məlumatına görə, əvvəllər Azərbaycan iştirakçıları əsasən taxta-şalban və süd məhsulları alırdılar, hazırda isə ət və ət məhsulları seqmentində əmtəə nomenklaturasının genişləndirilməsi Belarus və Azərbaycan arasında birja ticarətinin inkişafı üçün yeni imkanlar açır.
Beləliklə Azərbaycan Rusiya və Çindən sonra Belarus ilə birja dövriyyəsi həcminə görə üçüncü yeri tutur. Bu ilin 10 ayı ərzində bu ölkənin şirkətləri 91 milyon ABŞ dollarından çox birja əməliyyatları həyata keçiriblər. Bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,5 dəfə çoxdur. Üstəlik, bunların hamısı Belarus mallarının ixracı olub - əsasən ağac emalı sənayesi məhsulları, hansı ki, bu, tədarüklərin 90 %-ni təşkil edib.
"Birja satışlarının artması ilk növbədə Azərbaycandan olan daimi alıcıların dairəsinin genişlənməsi ilə bağlıdır. Azərbaycan biznesinin birjaya gəlməsinə ölkələrimiz arasında möhkəm ticari-iqtisadi əlaqələr, dil baryerinin olmaması və s. kömək edir", - mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, "Belarus Universal Əmtəə Birjası" ASC 2004-cü ildə yaradılıb. Bazarda ilk ticarət 2005-ci ilin iyun ayında baş tutub.
Bu il noyabrın 1-nə olan vəziyyətə görə BUƏB-də 132 Azərbaycan rezidenti akkreditə olunub. Beləliklə, ilin əvvəlindən Azərbaycandan ticarət əməliyyatlarında iştirak edən şirkətlərin sayı 41-ə çatıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















