Fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək
Azərbaycanda çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir.
Marja xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən gələn il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək.
Çay əkinlərinə 12000 manat dövlət dəstəyi yalnız Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq plantasiyalara şamil edilir.
2019-cu ildən bu ilin sentyabrına kimi salınmış çay plantasiyalarına görə də əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Son üç il ərzində salınmış plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək.
2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur.
Sentyabrın 1-dən mayın 31-dək Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq çay plantasiyalarına görə hər hektara 12000 manat subsidiyanın verilməsi çayçılığın inkişafına dəstək mexanizminin bir hissəsidir.
Qeyd edək ki, çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 14 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















