Tesla şirkətinin səhmləri Trampın Mask haqqında dediyi sözlərdən sonra bahalaşıb
Tesla şirkətinin səhmləri Donald Trampın Elon Mask haqqında söylədiyi sözlərdən sonra 15% bahalaşıb.
Marja.az xəbər verir ki, investorlar avtomobil istehsalçısının Donald Trampın prezident seçkilərində qələbəsindən əsas faydalanan olacağına mərc edirlər.
İlon Maskın Tesla şirkətinin səhmləri NASDAQ birjasında premarket ticarətində (bazar öncəsi birja ticarəti) 15,32% bahalaşaraq, hər səhm üçün 289,98 dollara satılıb. Sonra kotirovkalar bir qədər düşüb.
Tesla-nın baş direktoru Elon Musk (İlon Mask) seçki kampaniyası boyunca keçmiş prezidenti dəstəkləyərək Trampın qızğın tərəfdarı olub. Mask Respublikaçılara 130 milyon dollardan çox xərcləyib və həmçinin sosial media platforması X-də Donald Trampı təqbliğ edib.
Nəticələr hesablandıqdan sonra ilk çıxışında Donald Tramp İlon Maskı "heyrətamiz oğlan", "super dahi" və "ABŞ-ın ən vacib adamlarından biri" adlandırıb. "Bizim yeni ulduzumuz var, bir ulduz doğuldu: İlon", - Tramp deyib. Seçki yarışı zamanı Tramp dünyanın ən varlı adamının gələcək administrasiyada mühüm rol oynayacağını açıq şəkildə bildirmişdi.
"Wedbush Securities"in analitiki Daniel Ives, "Trampın qələbəsinin ən böyük faydalananları Tesla və Mask olacaq" deyib. Ekspert əlavə edib ki, ABŞ elektrikli avtomobillər üçün vergi güzəştlərinə yenidən baxsa, Tesla digər istehsalçılar üzərində rəqabət üstünlüyü əldə edəcək.
Noyabrın 6-na olan məlumata görə, İlon Mask 264 milyard dollar sərvətlə Bloomberg milyarderlərinin reytinqində birinci yerdədir, ikinci yerdə Amazon onlayn pərakəndə satış şirkətinin təsisçisi Ceff Bezosdur, onun kapitalı isə 221 milyard dollardır. Meta şirkətinin rəhbəri Mark Zukerberq 203 milyard dollar sərvətlə 3-cü yerdədir.
Tesla səhmləri aprelin ən aşağı səviyyələrindən 77%-dən çox bahalaşıb. Xüsusilə, elektrik avtomobil istehsalçısının kotirovkalarında nəzərəçarpacaq sıçrayış oktyabrın sonunda baş verib. Tesla səhmləri şirkətin üçüncü rüb üçün güclü maliyyə nəticələrinə reaksiya olaraq iki gündə 26% bahalaşıb.
Teslanın qazancı analitiklərin gözləntilərini üstələyib. Şirkətin gəliri 8% artıb, əməliyyat xərcləri 6% azalıb, düzəliş edilmiş EBITDA 4% artıb, sərbəst pul axını 223%, avtomobil tədarükü isə 6% artaraq 462 min 890 ədədə çatıb.
İnvestorlarla telefon danışığında Tesla-nın baş direktoru Elon Musk bildirib ki, Cybertruck elektrik avtomobilinin istehsalı bu il ilk dəfə gəlirliliyə çatıb. Sahibkar gələn il ümumi avtomobil satışlarının 20-30% artacağını proqnozlaşdırır. O, həmçinin 2025-ci ildə Kaliforniya və Texas ştatlarında gəzinti xidmətinin işə salınması üçün tənzimləyici təsdiqini qazana biləcəyinə əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 55 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
4 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb

























