ABB maraqlı bir imkanı müştərilərə təqdim edib
ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!Ölkəmizin ev sahibliyi etdiyi COP29-un əsas bank tərəfdaşı olan ABB iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcək maraqlı bir imkanı müştərilərə təqdim edib.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu, ABB mobile tətbiqinə əlavə olunmuş Karbon Emissiyası Kalkulyatorudur. Bu kalkulyator vasitəsilə istifadəçilər hər bir kart əməliyyatlarının ətraf mühitə təsirlərini izləyə bilərlər.
ABB bu imkanı pərakəndə bankçılıq sahəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək məqsədilə yaradılmış Ecolytiq platformasının təqdim etdiyi texnologiya əsasında yaradıb.
Ecolytiq dünyanın aparıcı maliyyə qurumlarının, o cümlədən Visa-nın etibarlı tərəfdaşıdır. ABB də mobil bank tətbiqində Karbon Emissiyası Kalkulyatorunu Visanın dəstəyi ilə təqdim edir.
Hər bir bank əməliyyatı ətraf mühit üçün müəyyən təsirlərlər yaradır. Bank müştəriləri gündəlik maliyyə əməliyyatlarında bunu nəzərə alaraq karbon izlərini nəzarətdə saxlaya və daha uyğun seçimlərlə karbon izlərini mümkün qədər azalda bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli qeyd edib ki, Karbon Emissiyası Kalkulyatoru ilə ABB daha bir yeni müştəri təcrübəsi yaradacaq. ABB mobile istifadəçilərində ətraf mühit üçün faydalı vərdişlər formalaşdıracaq: “ABB-nin öz tərəfdaşları ilə birgə təqdim etdiyi bu həll ətraf mühitin qorunması ilə bağlı ictimai savadlılığı artıracaq. Maariflənmə proseslərinə, iqlimlə bağlı fərdi məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verəcək”.
Ecolytiq-in həmtəsisçisi və idarəedici direktoru David Lais bildirib: “Gündəlik satınalma davranışları fərdin karbon ayaq izinin böyük bir hissəsidir. Ona görə də kiçik dəyişikliklər iqlim fəaliyyətinə böyük töhfələr verə bilər. Azərbaycan istehlakçılarına daha davamlı gələcəyə doğru addımlar atmaq üçün, geniş miqyasda biliklər təqdim etmək üçün Azərbaycanın ən böyük bankı olan ABB ilə əməkdaşlıq etməkdən məmnunuq”.
Visa-nın Azərbaycandakı regional meneceri Nurlan Hacıyev bildirib: “Karbon Emissiyası Kalkulyatorunu ABB mobile tətbiqinə inteqrasiya etməklə, biz gündəlik əməliyyatların ətraf mühitə təsiri haqqında dəyərli fikirlər təqdim etməyi və kart sahiblərinə daha yaşıl gələcəyə töhfə verməyə kömək göstərməyi hədəfləyirik. ABB ilə əməkdaşlıq əsasənda Azərbaycan müştərilərinə iqlim dəyişikliyinə qarşı qlobal hərəkata qoşulmaq imkanı təklif etməkdən qürurluyuq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
17 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
























