Azərbaycan Sahibkarlar Konfederasiyası COP29-da bir sıra görüşlər keçirib
COP29 çərçivəsində “Mavi zona”da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq İşəgötürənlər Təşkilatı birgə təmsil olunurlar.
Konfedrasiyanın yaydığı məlumatda bildirilir ki, pavilyon aktiv fəaliyyət göstərir və yaşıl iqtisadiyyata keçid, bu zaman iş yerlərinin ədalətli şəkildə bölüşdürülməsi, yaşıl bacarıqların inkişaf etdirilməsi, bu transformasiyada işəgötürənlərin məsuliyyəti mövzularında panel müzakirələr keçirilir, aktiv görüşlər təşkil edilir.
Noyabrın 19-da COP pavilyonunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Bəhreyn Palatasının İdarə Heyətinin üzvü, Beynəlxalq İşəgötürənlər Təşkilatının vitse-prezidenti xanım Sonya Canahi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Maraqlı Tərəflərin Əlaqələndirilməsi üzrə müdiri Stefani Vinet ilə görüş keçirib.
Konfederasiya prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və qeyri-neft sektorunun inkişafı istiqamətində bir neçə xüsusi proqramlar icra edir. Azərbaycanın özünəməxsus iqlimə malik olduğunu vurğulayan M.Musayev bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə imkan və potensiallar haqqında geniş məlumat verib. Ölkəmizin təmiz və halal kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı böyük perspektivlərini vurğulayıb.
Xanım Sonya Canahi, Bəhreyn Palatasının 85 illik tarixi və 40 min üzvü olduğunu qeyd edib. O, Bəhreyn üçün əsas məsələ kimi qida təhlükəsizliyinin və logistika problemlərinin həllini önə çəkib. Xanım Sonya ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığa hazır olduqlarını deyib.
Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorluğu ilə görüşüb. Xanım Beate Andrees Regional direktorluğun fəaliyyəti, işəgötürən təşkilatları ilə əməkdaşlıq perspektivləri haqqında fikirlərini bölüşüb.
Konfederasiya prezidenti Məmməd Musayev Şərqdə işəgötürənlərlə işçilər arasında ilk kollektiv müqavilənin 120 il əvvəl məhz Azərbaycanda imzalandığını vurğulayaraq, Konfederasiyanın BƏT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirib.
Daha sonra Konfederasiyanın münayəndə heyəti COP29 çərçivəsində “Mavi zona”da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlərlərin görüşündə iştirak ediblər.
“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu edib.
Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun çıxışçı olduğu paneldə maraqlı təcrübələr ətrafında çıxışlar dinlənilib.
COP29 çərçivəsində “Mavi zona”da ASK-nın fəaliyyəti davam edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















