Volkswagen-in işçiləri xəbərdarlıq tətilinə hazırlaşır
Volkswagen-in işçiləri gələn həftə tətil edəcəklər.
Marja xəbər verir ki, Volkswagen şirkəti və həmkarlar ittifaqı razılığa gələ bilməyiblər. Almaniyanın avtomobil nəhəngi elektriklə işləyən avtomobil bazarının zəifləməsi və şiddətli rəqabət şəraitində xərclərini azaltmağı planşlaşdırır.
"IG Metall" həmkarlar ittifaqının sözçüsü, işçilərin bazar ertəsi xəbərdarlıq tətillərinə başlayacağını və üzvlərin gündə bir neçə saat işini dayandıracağını deyib. Mətbuat katibi bildirib ki, tətilin müddəti gələcək danışıqların necə davam edəcəyindən asılı olacaq.
Volkswagen-in Almaniyada təxminən 300 000 işçi çalışır və ölkədə 10 zavod işlədir. Bazar ertəsi başlaması planlaşdırılan tətil Wolfsburg, Braunschweig, Hannover, Salzgitter, Emden və Kasseldəki zavodlarda və bəzi törəmə şirkətlərdə təxminən 120 000 işçini əhatə edəcək.
İşçilərin tətil keçirməsinə mane olan müqavilə öhdəliyi noyabrın 30-da başa çatacaq.
Volkswagen və ittifaq arasında danışıqların son raundu razılıq əldə olunmadan başa çatıb və danışıqların dekabrın 9-da bərpa olunması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















