Visa B2B Connect ödəniş sistemi Bank “BTB”-də
Bank “BTB”-nin müştəriləri beynəlxalq köçürmələri ən yüksək təhlükəsizlik standartlarına uyğun həyata keçirəcəklər.(®) Bank “BTB” və onun rəqəmsal ödəniş sahəsindəki tərəfdaşı VİSA şirkəti, korporativ və biznes müştərilərinin istifadəsinə Visa B2B Connect ödəniş sistemini təqdim edib.
Bu yeni xidmət vasitəsilə, Bank “BTB”-nin müştəriləri beynəlxalq köçürmələri ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq daha sürətli, etibarlı və əməliyyat xərclərini minimuma endirməklə həyata keçirəcəklər.
Visa B2B Connect sistemi, ənənəvi hesablaşma proseslərində mövcud olan məhdudiyyətləri aradan qaldıraraq əməliyyatların sürətini artırır və maliyyə əməliyyatlarının səmərəliliyini yüksəldir. Bu innovativ həll, həm vəsait göndərənlərə, həm də alan tərəflərə köçürmələrin vəziyyətini izləmək, şəffaf şəkildə nəzarət etmək və pul axınını daha aydın bir şəkildə idarə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız əməliyyatlarının sürətindən deyil, həm də əməliyyatlarının şəffaflığından yararlanaraq riskləri minimuma endirə biləcəklər.
Qeyd edək ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox ölkəsində mövcuddur və müxtəlif miqyaslı bizneslər üçün etibarlı və çevik həllər təqdim edir. Bank BTB, bu unikal sistemi tətbiq etməklə, yalnız korporativ müştərilər üçün deyil, həm də ümumilikdə ölkədə rəqəmsal maliyyə texnologiyalarının inkişafına və bu sahədə rəqabət qabiliyyətinin artmasına şərait yaradır.
Visa B2B Connect-in imkanlarından yararlanaraq Bank BTB, müştərilərinə yenilikçi, təhlükəsiz və qlobal səviyyədə tanınan xidmətlərin təqdimatın arxalanaraq dekabr ayının sonunadək yeni müştərilərə köçürmələr zamanı 50% endirim təklif edir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 18 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb


























