Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa təşkil edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və müstəqil ekspertlərin iştirakı ilə Dəyirmi Masa keçirilib. Görüşün əsas məqsədi Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış bir sıra yeni rəqəmsal xidmətlərlə bağlı məlumatlandırmanın aparılması olub.
Dəyirmi Masada çıxış edən DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” və “Vergi və hesabatlılıq” işçi qruplarında özəl sektorun inkişafına əlverişli imkan yaradan qaydaların və təcrübələrin tətbiqi ilə əlaqədar layihələr geniş müzakirə olunur. Aparılan işlər çərçivəsində vergitutma qaydalarının keyfiyyətinin artırılması, asan və effektiv xidmət infrastrukturunun qurulması, eləcə də vergi qanunvericliyinin müddəalarının aydınlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə həyata keçirilən yol xəritələri çərçivəsində irəli sürülmüş təkliflər əsasında DVX tərəfindən bir sıra yeni rəqəmsal xidmətlər hazırlanıb.
DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva “Xarici investisiyalı MMC-nin elektron qeydiyyatı” və “Yerli və xarici investisiyalı MMC-nin qeydiyyat məlumatlarının elektron dəyişikliyi” barədə layihələrlə bağlı təqdimat edib. Görüş iştirakçılarına xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı, həmçinin yerli və xarici investisiyalı MMC-lərin elektron məlumat dəyişikliyi ilə bağlı layihə barədə məlumat verilib. Bildirilib ki, tezliklə vergi ödəyiciləri MMC-nin adı, hüquqi ünvanı, Müşahidə Şurasının tərkibi, qanuni təmsilçisi, təsisçiləri, nizamnamə kapitalı və s. kimi məlumatları elektron şəkildə dəyişə biləcəklər.
DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Emil Həsənov “Qeyri-rezidentlərin elektron xidmətlər üzrə ƏDV qeydiyyatı” xidməti barədə təqdimatla çıxış edib. Görüş iştirakçılarına rəqəmsal xidmətlərin vergiyə cəlb olunması üzrə görülmüş işlər, ƏDV Portalının (https://ecommerce.e-taxes.gov.az) mahiyyəti və qeyri-rezidentlərin bu portalda qeydiyyat prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, artıq DVX tərəfindən “Apple Distribution International Limited” şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.
DVX-nin Vergi ödəyicilərinə xidmət baş idarəsinin əməkdaşı Turan Əlizadə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi” layihəsi barədə təqdimat edib. Bildirib ki, layihənin reallaşdırılması nəticəsində kontragentlərlə işin risklərinin qiymətləndirilməsi, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində bir-biri haqqında DVX-nin müvafiq bazasında olan məlumatların əldə edilməsi üçün imkan yaranacaq, ödəyicilərin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələri təşviq olunacaq. Layihə hazırda yekunlaşma mərhələsindədir və tezliklə vergi ödəyicilərinin istifadəsinə veriləcək.
Dəyirmi Masada “Caspian Energy Club”, “BM Morrison Partners”, “Ekvita”, “Dentons Europe (Central Asia) Limited, "Veysəloğlu Şirkətlər Qrupu"nun nümayəndələri, həmçinin müstəqil ekspertlər iştirak ediblər. Konsaltinq şirkətlərinin və ekspertlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər barədə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 16 d. əvvəl
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı







.jpg)












