Moruq bağları salan fermerlərə hər hektara görə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək
Azərbaycanda giləmeyvəçiliyin inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənir, giləmeyvə istehsalı subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni təsərrüfat ilində də ölkəmizdə giləmeyvə yetişdiriciliyinə dəstək məqsədilə subsidiyalar veriləcək.
2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək respublikanın istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş intensiv moruq bağlarına şamil ediləcək.
Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarınaa görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək.
İntensiv giləmeyvə bağlarının salınmasının dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















