Azərbaycana gələn hindistanlı turistlərin sayı 115% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 nəfər turist gəlib.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edilib.
Məlumata görə, ölkəyə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,5% artıb. Belə ki, ötən ilin 10 ayında Azərbaycana 1 milyon 892 min 165 nəfər turist gəlmişdi.
Məlumata görə, bu ilin yalnız noyabr ayında isə Azərbaycana 202 440 nəfər turist gəlib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 19,5% çoxdur. Ötən ilin noyabrında bu göstərici 169 461 nəfər olub.
Rəsmi açıqlanan rəqəmlərə görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycana gələnlərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7% və ya 102 144 nəfər artaraq 679 903 nəfərə bərabər olub.
Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada türkiyəli turistlər yer alıb. Onların sayı 13,8% və ya 47 301 nəfər artaraq 389 173 nəfərə çatıb.
Üçüncü yeri 214 669 nəfər turist ilə Hindistan vətəndaşları tutur. Hindistanlı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 115% və ya 114 891 nəfər artıb.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















