Portuqaliyaya səfər edən azərbaycanlı xanımın desertə vurulması ilə başlayan biznes - “Pasteis de nata”
“Pasteis de nata” – Azərbaycandakı “Portuqaliya dadı”. Hazırda “Pasteis de nata”nın məhsulları paytaxtın məşhur “kofeşop”larında da satılır. “Pasteis de nata” şirniyyat evi Bakıda keçirilən beynəlxalq COP29 tədbirində də tədarükçülərdən biri olub.Portuqaliya mətbəxi günü gündən sərhədlərini genişləndirir və vətənindən uzaqlarda bu ölkənin təamları yayılır. Bu uzaq ölkənin ən məşhur şirniyyatlarından biri - paştel de nata isə artıq Azərbaycanda da orijinal resepti ilə bişirilir və fərqli dadsevənlərə təqdim olunur.
Paştel de natanın ölkəmizə gəlib çıxma hekayəsi 2019-cu ildə Portuqaliyaya səfər edən azərbaycanlı xanımın bu desertə vurulması ilə başlayıb. Şirniyyatın dadı və ənənəsindən ilhamlanan xanım resepti Azərbaycana gətirmək qərarına gəlib. Hazırda “Pasteis de nata”nın məhsulları paytaxtın məşhur “kofeşop”larında da satılır.
Bakıdakı şirniyyat evinin səs-sorağı isə pastel de natanın vətəni Portuqaliyayadək gedib çıxıb. Bugünlərdə Portuqaliyadan Azərbaycana gələn RTP TV kanalının çəkiliş qrupu “Pasteis de nata”da olub və burada hazırlanan məhsullar barədə reportaj hazırlayaraq televiziyada yayımlayıb. Reportajı buradan izləyə bilərsiniz.
“Pasteis de nata” şirniyyat evi Bakıda keçirilən beynəlxalq COP29 tədbirində Portuqaliya pavilyonunda pastel de nata ilə rəsmi şirniyyat tədarükçüsü də oldu. Bu təşəbbüs təkcə Portuqaliyanın mədəniyyətini və mətbəxini Azərbaycanda tanıtmaqla qalmır, həm də iki ölkə arasında əlaqələri gücləndirir. Layihə göstərir ki, kulinariya sərhədləri aşaraq müxtəlif mədəniyyətləri birləşdirə bilər.
“Pasteis de nata” şirniyyat evininin sosial media hesabı: @pasteis.de.nata.baku
Əməkdaşlıq üçün əlaqə nömrəsi: 051 381 09 09
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























