Rabitəbank-dan yenilik - TAKSİT FUNKSİYALI KARTMANE KARTI
(®) Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib.
Bu yeni məhsul sərfəli şərtlərlə alış-veriş etməklə yanaşı, yüksək qənaət imkanı təklif edir.
36 AYADƏK TAKSİT, 3 AYLIQ GÜZƏŞT MÜDDƏTİ
Artıq müxtəlif üstün funksiyalar üçün ayrı-ayrı kartlar əldə etməyə ehtiyac yoxdur. Çünki Kartmane Taksit kartı debet, keşbek, kredit, taksit funksionallıqlarını özündə birləşdirir.
İstər böyük məbləğli alış-verişlərdə, istərsə də, kiçik xərclərin ödənişini rahat şəkildə etmək üçün kart 36 aya qədər taksit imkanı verir. Hər ay müntəzəm olaraq müəyyən məbləğdə ödəniş ilə xərcləri rahatlıqla planlamaq mümkündür. Daha rahat alış-veriş imkanı üçün kart sahibləri 3 aylıq güzəşt müddətindən də faydalana biləcək.
100% NAĞDLAŞDIRMA İMKANI
Kart sahibləri kartdakı məbləği yalnız alış-verişdə deyil, həm də 100% nağdlaşdırma ilə də istifadə edə bilər. Nağdlaşdırılmış məbləği isə 24 aylıq taksitlə rahat ödəmək mümkün olacaq. Bu üstünlük ehtiyac anında maliyyə yükünü azaltmağa və ödəmələri daha planlı şəkildə etməyə kömək edəcək.
14 FƏRQLİ KATEQORİYA ÜZRƏ KEŞBEK
Kartmane Taksit kartı ilə xərclərinizi həm sərfəli, həm qənaətli, həm də bol-bol keşbekli edəcəksiniz. Belə ki, kartdan istifadə zamanı 14 fərqli kateqoriya üzrə 10%-dək keşbek qazanacaqsınız.
Yanacaqdoldurma məntəqələri, kinoteatrlar və daha çox kateqoriyada 10%, kafe, restoran, geyim mağazaları, gözəllik salonları, supermarketlər, ictimai nəqliyyat, taksi, çatdırılma xidmətləri 5%, digər ödənişlərdə isə 3%-dək keşbek qazanmaq mümkündür.
ÖLKƏ XARİCİNDƏ DƏ SƏNİNLƏ
Kartmane Taksit kartı həm də yaxşı yol yoldaşıdır. Ölkə xaricindəki alış-verişlər zamanı da bir çox üstün imkanlar və keşbeklər qazandırır. Belə ki, kartla xaricdə alış-veriş edərkən, ödəniş avtomatik olaraq müvafiq valyutaya çevrilir. Bu da əlavə valyuta mübadiləsi xərclərini azaldaraq daha sərfəli edir.
Kartmane Taksit Kartı qazandıracağı keşbeklər, taksit imkanları və nağdlaşdırma funksiyaları ilə daha sərfəli, qənaətli və rahat bir alış-veriş təcrübəsi üçün sizi gözləyir. Kartı əldə etmək istəyənlər, Rabitəbankın filiallarına yaxınlaşaraq və ya linkə keçid edərək https://rbt.az/krdcard rəsmi sayt üzərindən onlayn müraciət edə bilərlər.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
6 saat əvvəl
Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb
-
-
6 saat əvvəl
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
FED faiz qərarını açıqladı
200 000 manatlıq hədiyyə abunəçiləri gözləyir!
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrildi, nizamnaməsi təsdiq edildi - 1 MİLYARD 181 MİLYON MANAT SƏRMAYƏ
Ən çox oxunanlar
Müsabiqə keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
1977-ci ildə kosmosa göndərilən aparat yarım əsrdir yol gedir, 1 işıq günü uzaqlığa çatacaq - 26 milyard kilometr
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA






















.jpg)




