Xiaomi-dən Tesla-ya rəqib olacaq yeni model
Çin texnologiya şirkəti Xiaomi, 2025-ci ilin yayında satışa çıxarmağı planlaşdırdığı yeni SUV modeli YU7-ni təqdim etdi. Yeni modelin qiymətinin 250 min yuan (34 min 500 dollar) ilə 330 min yuan (45 min 500 dollar) arasında olacağı proqnozlaşdırılır. Teslanın Çində oxşar modeli olan Model Y-nin başlanğıc qiyməti 250 min yuan (34 min 500 dollar) civarındadır.
Xiaomi korporasiyası 2025-ci ilin yayında satışına başlamağı planlaşdırdığı yeni avtomobilini təqdim edib.
Marja.az xəbər verir ki, Şirkətin milyarder qurucusu Lei Jun ABŞ-ın Tesla şirkətinin Model Y-sinə bənzər idman avtomobili olan YU 7-ni təqdim edib. 5 metr uzunluğundakı YU 7, "Contemporary Amperex Technology Co. Ltd" şirkəti tərəfindən istehsal olunacaq nikel-kobalt-manqan akkumulyatoru ilə təchiz ediləcək tam elektrikli yolsuzluq avtomobilidir.
Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin ayrıca məlumatına görə, mühərrikin maksimal gücü 220-288 kVt (kW) təşkil edəcək.
Yeni yolsuzluq avtomobili, Xiaomi-nin Lei Jun-ın şəxsən rəhbərlik etdiyi 10 milyard dollarlıq elektrik avtomobil biznesində böyük bir irəliləyiş olacaq.
Qiymətlər 250 min yuandan başlayır
Xiaomi YU 7-nin qiymətini açıqlamayıb. Bununla belə, "Macquarie" analitikləri Cherry Ma və Eugene Hsiao YU 7-nin Xiaomi-nin ilk modeli olan SU7-dən 10-15 faiz baha olacağını proqnozlaşdırıblar. Buna uyğun olaraq qiymətin 250 min ilə 330 min yuan arasında olacağı gözlənilir. Teslanın Model Y Çində 249 min 900 yuandan başlayır.
Xiaomi şirkəti bu il 130 min ədəd avtomobil tədarük etməyi hədəfləyir ki, bu da əvvəlki 120 min satış hədəfindən yüksəkdir. Pekində yerləşən şirkət, ilk avtomobilinin erkən uğurundan sonra istehsalı genişləndirmək üçün mövcud elektrik avtomobili obyektinin yaxınlığında torpaq satın alıb.
"Citigroup"un analitikləri, Xiaomi-nin ilk modelinə tələbatın yükəsk olması ilə əlaqədar olaraq 2025-ci ildə satış proqnozunu aşa biləcəyini ehtimal edirlər. Citigroup,"2-ci faza istehsal müəssisələrinin nə qədər tez istifadəyə veriləcəyindən asılı olaraq, 2025-ci il tədarükləri üçün proqnozumuzda 273 min artım görürük", - hesabatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
32 d. əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
16 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
16 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Ən çox oxunanlar

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
