Sərvəti 400 milyard dolları keçən ilk şəxs kimi tarixə düşdü
Dünya şöhrətli milyarder iş adamı İlon Mask sərvəti 400 milyard dolları keçən ilk şəxs kimi tarixə düşüb.Keçən ay seçilmiş prezident Donald Trampın qələbəsindən sonra daha sürətlə varlanan İlon Mask (Elon Musk), sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.
Marja xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, + özəl "SpaceX"in şirkətinin səhmlərinin insayder satışı (özəl mülkiyyətdə olan SpaceX-in daxildə səhm satışı) Maskın sərvətini təxminən 50 milyard dollar artırıb.
Tesla şirkətinin səhmləri indiyədək ən yüksək səviyyəsinə çataraq Maskın sərvətini 447 milyard dollara çatdırıb. Maskın bir gündə sərvəti 62,8 milyard dollar artıb. İndeksə əsasən, bu artım, dünyanın 500 ən varlı adamının ümumi sərvətini ilk dəfə olaraq 10 trilyon dolları ötməsinə kömək edib.
Dünya Bankının tərtib etdiyi məlumatlara görə, Maskın şirkətlər qrupunun xalis dəyəri keçən il Almaniya, Yaponiya və Avstraliyanın cəmi ümumi daxili məhsuluna yaxındır.
Mask 2024-cü ilin əvvəlindən bəri öz sərvətinə təxminən 218 milyard dollar əlavə edib. Maskın sərvətinin əsas hissəsini təşkil edən Tesla səhmləri bu il 71 faiz bahalaşaraq çərşənbə günü 424,77 dollardan bağlanıb.
Həmçinin oxu
Tesla səhmlərinin qiyməti rekord yenilədi
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
42 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 44 d. əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
17 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib



















