Azərbaycan Mərkəzi Bankı bu həftə 2024-cü ilin son faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı 2024-cü ildə sonuncu qərarı barədə məlumatı 18 dekabr 2024-cü il tarixində ictimaiyyətə açıqlayacaq.
Marja.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı xeyli müddətdər faizlərini dəyişməz saxlayır. Buna səbəb inflyasiyanın hədəf daxildinə olmasıdır.
Bundan əvvəl, Noyabr iclasında da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunmuşdu.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz artıb. Artım oktyabr ayında 3,4 faiz təşkil etmişdi. Beləliklə, noyabrda illik inflyasiya 1 faiz bəndi sürətlənib.
Mərkəzi Bank bildirib ki, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.
"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək",- Mərkəzi Bank 1 noyabr 2024-cü il tarixli press-relizində qeyd etmişdi.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 17 d. əvvəl
- 41 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
5 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
Ən çox oxunanlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















