Bankın 110-dan çox əməkdaşdan ibarət 17 komanda yarışıb
(®) Bank "BTB" ASC, əməkdaşlarının asudə vaxtlarını səmərəli və maraqlı keçirməsi məqsədilə daxili kommunikasiya çərçivəsində növbəti tədbirini keçirib. Belə ki, “Gambit” adlı intellektual yarışmada 110-dan çox əməkdaşdan ibarət 17 komanda iştirak edib.
Bankn yaydığı məlumatda bildirilir ki, tədbirin keçirilməsində məqsəd həmkarlar arasında möhkəm bir bağın qurulmasından və komanda ruhunun artırılmasından ibarətdir:
"Baş ofis və filial şəbəkəsinin əməkdaşları bir araya gələrək, biliklərini və əyləncəli mübarizə bacarıqlarını sərgilədilər. Əlamətdar haldır ki, oyuna qatılanlar arasında bankda 10 ildən çox fəaliyyət göstərən əməkdaşlarla yanaşı əmək kollektivinə yeni qatılan üzvlərin də iştirakı baş tutdu.
Bankın rəhbərliyi də bu oyuna öz töhfəsini verdi. Belə ki, ədalətli paylaşmaya diqqət yetirərək İdarə Heyətinin və Müşahidə Şurasının üzvlərinin hansı komandalara dəstək göstərəcəkləri püşkatma ilə müəyyən edilmişdir.
Gərgin, həyəcanlı və eyni zamanda maraqlı keçən oyun Təşkilatı İşlər Deptamentinin əməkdaşlarında ibarət komandanın 3-cü, İnformasiya Texnologiyaları Departamentinin komandasının 2-ci və “Sənaye” filialının komandasının 1-ci yerdə qərarlaşması ilə yekunlaşdı".
Bank BTB pozitiv və səmərəli iş mühitinə önəm verir. Bu səbəbdən həm baş ofis heyəti, həm də filial əməkdaşları müxtəlif oyunlara, yarışlara və digər tədbirlərə cəlb edilir. Bankın əsas dəyəri əməkdaşlarıdır ki, onların uğurlu olmaqları üçün sağlam, peşəkar və rahat mühit yaradılır. Bankçılıq sahəsində karyera qurmaq və Bank BTB-nin komandasına qoşulmaq arzusunda olanlar Bankın aktiv vakansiya səhifəsini izləyə bilərlər: https://www.btb.az/az/about-us/hr/vacancies
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 24 d. əvvəl
-
- 26 d. əvvəl
-
47 d. əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
48 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
























