Özbəkistan Prezidenti azərbaycanlı sahibkarı qəbul edib, turizm layihəsilə tanış olub
Azərbaycanlı iş adamı Emin Ağalarov bir sıra iri xarici şirkətlərlə birgə Çervok su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini yaratmağı nəzərdə tutur.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bostanlıq (Bostanlyk) rayonunda təklif olunan beynəlxalq turizm mərkəzi ilə tanış olub.
Marja.az xəbər verir ki, azərbaycanlı sahibkar Emin Ağalarov və iri investisiya şirkətləri Çarvak (Charvak) su anbarının yanında “Sea Breeze Uzbekistan” mərkəzini inkişaf etdirməyi planlaşdırır.
Burada istirahət zonaları, çimərliklər, yaşayış kompleksləri və müxtəlif turizm obyektləri (mehmanxanalar, kotteclər) olacaq. Mərkəz il boyu fəaliyyət göstərən turizm mərkəzinə çevrilməyi hədəfləyir.
“Sea Breeze Uzbekistan"da beynəlxalq brendlərin mağazaları, restoranlar və xidmət stansiyaları açılacaq. Burada müxtəlif festivallar, konsertlər və digər mədəni tədbirlər keçiriləcəkdir. Ziyarətçilərin rahatlığını artırmaq üçün su anbarının iki sahil arasında körpü tikiləcək.
Şavkat Mirziyoyev bu təklifi bəyənib, onun beynəlxalq təcrübəyə əsaslanaraq layihələndirilməsinin və mərhələli şəkildə qurulmasının vacibliyini vurğulayıb. Özbəkistan Prezidenti Baş nazirin rəhbərliyi ilə komissiya yaradılaraq layihənin hüquqi bazasının yaradılması və infrastruktur məsələlərinin həlli ilə bağlı tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















