Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir!
İnnovativ maliyyə həlli olan akart beynəlxalq ödəniş sistemi Visa və Milli İncəsənət Muzeyi ilə birlikdə yeni kart dizaynlarını təqdim edir. Bu tərəfdaşlıq çərçivəsində Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyyub Məmmədov, Rasim Babayev və Azərbaycanın digər görkəmli rəssamlarının sevilən əsərləri indi akart üzərində əks olunur.
Mədəni irsimizin daha geniş auditoriyaya tanıdılmasına yönəlmiş layihə milli incəsənət nümunələrinin istifadəçilərin gündəlik həyatına inteqrasiyası üçün də xüsusi imkan yaradır.
A-Solutions Elektron Pul Təşkilatının Baş İcraçı Direktoru Həsən Həsənov bildirib: "Bu layihəni ərsəyə gətirməkdə məqsədimiz Azərbaycan mədəniyyətinin zənginliyini müasir maliyyə texnologiyaları vasitəsilə təbliğ etməkdir. Ümid edirəm ki, layihə həm istifadəçilərimiz, həm də incəsənət həvəskarları tərəfindən yüksək qiymətləndiriləcək, qabaqcıl və müasir maliyyə həllərimiz isə milli incəsənət nümunələri ilə birgə hər an, hər yerdə hamı üçün əlçatan olacaq.”
Layihənin tərəfdaşı Visa-nın regional direktoru Nurlan Hacıyev qeyd etdi: “A-Solutions və Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq edərək bu xüsusi kart dizaynlarını ərsəyə gətirməkdən məmnunluq duyuruq. Bu əməkdaşlıq təkcə istifadəçilərimizin maliyyə təcrübəsini yaxşılaşdırmaqla kifayətlənmir, həm də Azərbaycanın zəngin mədəni irsini təbliğ edir. İnanıram ki, incəsənətin gündəlik maliyyə əməliyyatlarına inteqrasiyası ölkənin mədəni irsinə olan marağın artmasına da töhfə verəcək.”
Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi akart mobil tətbiqi vasitəsilə edin və milli incəsənətimizi təcəssüm edən innovativ kartlara sahib olun!
Xatırladaq ki, akart “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən təqdim olunur. Şirkət 16 May 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya əldə edən ilk elektron pul təşkilatı kimi fəaliyyətə başlamışdır. “Azercell Telekom” MMC-nin törəmə şirkəti olan A-Solutions, yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün bu xidməti əlçatan etməyi hədəfləyir.
Daha ətraflı məlumat üçün:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 d. əvvəl
-
-
17 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
39 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















