"AFB Bank"dan təbiətin yaşıllaşdırılmasına dəstək
(®) "AFB Bank" ətraf mühitin mühafizəsi, təbiətin yaşıllaşdırılması istiqamətindəki fəaliyyətlərini davam etdirir.
Bu məqsədlə bank Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib. Aksiyada bankın əməkdaşları ərazinin mühitinə uyğunlaşa bilməsi ilə seçilən ağacların əkilməsini və baxım işlərini həyata keçiriblər.
Aksiya, ekoloji maarifləndirməni artırmaqla yanaşı, Bankımızın fəaliyyətinə Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini inteqrasiya etmək istiqamətində atılan vacib addımlardan biridir. Bu kimi təşəbbüslər həm cəmiyyətə, həm də ətraf mühitə verdiyimiz dəyərin bir göstəricisidir.
Ağacəkmə aksiyası bankın yaxın zamanlarda təqdim etdiyi "MONO ECO" eko kart layihəsi ilə də birbaşa əlaqəlidir.
Məlumat üçün bildirək ki, “AFB Bank”ın “VİSA”nın dəstəyi ilə həyata keçirdiyi “MONO ECO” kart layihəsində ekologiya dostu materialdan hazırlanmış kartlar müştərilərin istifadəsinə verilib.
Bank sektorunda plastik kartlara alternativ ola biləcək eko kartları tanıtmaq məqsədi ilə həyata keçirilən bu layihə Azərbaycanda eko kartların istifadəsinin artımına təkan verə bilər. Bu kartlar “ISO 7810” və “NCITS 322” sertifikatlarına malik tam ekoloji materialdan hazırlanır. Kartın xüsusi materialı təbiətdə parçalana bilmə xüsusiyyəti ilə seçilir.
Qeyd edək ki, “MONO ECO” kart layihəsində “AFB Bank” təşəbbüs ilə çıxış edərək kart əldə hər bir müştəri adına 1 ağac əkiləcəyini də bildirib. Müşfiqabad qəsəbəsində keçirilən aksiyadakı ağacların bir qismi də elə eko kart əldə edən müştərilərin adına əkilib.
Onu da bildirək ki, layihə çərçivəsinə bank məktəblilər üçün maarifləndirici tədbir də həyata keçirib. “Avropa Azərbaycan” məktəbində baş tutan tədbirdə məktəblilərə bank kartları barədə məlumat verilmiş, istifadəsi ilə bağlı mühüm məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi barəsində danışarkən bankın “MONO” eko kartı da uşaqlara ekologiya dostu məhsullara bir nümunə olaraq göstərilib.
"AFB Bank" layihələri ilə istər COP29 ərəfəsində, istər sonrakı dövrdə ölkədə keçirilən tədbirlərə öz dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, ölkənin inkişaf edən banklarından olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 54 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
















.jpg)






