Yeni salınan yol, köçürülən icarədarlar - Keşlə bazarından VİDEOREPORTAJ
Son günlərdə yerli kütləvi informasiya vasitələrində Keşlə bazarının sökülməsi ilə bağlı materiallar dərc olunub. Sözügedən materiallarda bazarda çalışan satıcıların hara köçürülməsinin müəyyən olunmaması, onların yanvarın 1-dək mallarını daşıya bilməyəcəkləri kimi iddialar səsləndirilib.
Məsələni araşdırmaq üçün çəkiliş qrupu Keşlə bazarında olub.
Bazarda yer icarəyə götürmüş sahibkarlar Keşlə bazarının söküləcəyi ilə bağlı uzun müddətir məlumatlı olduqlarını bildiriblər. Sahibkarlar qeyd ediblər ki, yeni yolun inşası ilə əlaqədar olaraq, bu ilin mayında onlara rəsmi qurumlar tərəfindən bazarın söküləcəyi ilə bağlı məlumat verilib.
Bazarın rəhbərliyi də jurnalistlərə açıqlamasında bu ilin may ayında söküntü işlərinin aparılacağı ilə bağlı sahibkarlara məlumat verdiklərini bildirib.
Bazar rəhbrərliyi sahibkarlardan dekabr ayı üçün icarəhaqlarının alınmayacağını qeyd edərək, icarədarlar üçün alternativ kimi Montin və Təzə Bazarda yerlərin ayrılması istiqamətində digər bazar rəhbərlikləri ilə danışıqların aparıldığını bildirib.
Qeyd edək ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən reallaşdırılır.
Məlumat üçün bildirək ki, ümumi uzunluğu 3896 metrolan sözügedən yol 6 zolaqlı olacaq. Hərəkət zolaqlarının eni 3,5 metr olan yolda 4 tunel və 3 piyada keçidinin yaradılması nəzərdə tutulub.
© Bizim.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















