Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının nəzərinə!
Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaqdır.
Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən 1 yanvar 2025-ci il tarixdən miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcəkdir.
Dövlət Miqrasiya Xidmətindən Marja.az-a verilən məlumata gör, həmin tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaqdır. Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan Respublikası vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər.
Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan Respublikası vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan Respublikası vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.
Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər.
Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:
-Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;
-Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;
-qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.
Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər.
Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan Respublikası vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir.
Azərbaycan Respublikası vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.
Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşları Rusiya Federasiyası ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.
Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.
Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan Respublikası vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.
Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 9 saat əvvəl
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
