"Həkimlərin gəldiyi qənaətlə biz yaralıları özümüzlə qaytarmamaq qərarına gəldik"
"Bildiyiniz kimi, Bakıdan Qroznu şəhərinə uçan təyyarə Aktau şəhərində məcburi eniş etmək barədə qərar qəbul edib. Eniş edərkən, təyyarə hələlik bəlli olmayan səbəblərə görə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan vətəndaşlarımız, eyni zamanda Rusiya, Qırğızıstan vətəndaşları arasında ölüm halları baş verib".
Bunu açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə hadisə yerində 29 nəfər insanın həyatını xilas etmək mümkün olub.
"Hazırda fövqəladə hallar naziri ilə birgə Qazaxıstandan qayıdırıq. Orada Azərbaycan vətəndaşlarına və digər sərnişinlərə baş çəkdik. Cənab Prezidentin tapşırığı ilə onların vəziyyəti ilə maraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər. Həkimlərin gəldiyi qənaətlə biz onları (yaralı olan xəstələr - red) özümüzlə qaytarmamaq qərarına gəldik. Həkimlər nə zaman qərar verərsə, onlar özləri qayıdarlar. Eyni zamanda reanimasiyada olan xəstələrimiz var ki, onların da müalicəsi Qazaxıstandan olan və Azərbaycandan ezam olunmuş həkimlər tərəfindən nəzarətə götürülüb. Bu gün həlak olanların gətirilməsi ehtimalı yoxdur. Araşdırma aparılır. Son qərar sabah və ya yaxın günlərdə veriləcək. Qara qutular tapılıb. Qanunvericiliyə uyğun olaraq, onların araşdırılması aparılacaq".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























