Azərbaycana sürətli pul köçürmə sistemlərilə göndərilən pul azalıb
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) pul köçürmə sistemləri üzrə əməliyyatların məbləği və sayı barədə məlumatları açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr dövründə sürətli pul köçürmə sistemlərilə xaricdən Azərbaycandakı banklara 1 milyard 561 milyon manat daxil olub, 482,2 milyon manat banklardan kənara köçürülüb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr dövründə sürətli pul köçürmə sistemlərilə Azərbaycandakı banklara 2 milyard 267,2 milyon manat daxil olmuş, 564,8 milyon manat xaricə köçürülmüşdü.
Beləliklə, ötən ilin yanvar-noyabr aylarına nisbətən cari ilin 11 ayı ərzində sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.1% və ya 706.2 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























