"3 milyona yaxın istehlak krediti əldə edən vətəndaşımızın həyatı sığortalanmayıb"
"Hal-hazırda sığorta bazarında 5 həyat sığortası şirkəti fəaliyyət göstərir və onların hər biri rahat qaydada istənilən bankda öz təkliflərini irəli sürə bilər, müştərilər isə əlbəttə ki, könüllü qaydada sərbəst seçim əsasında bu 5 şirkətdən biri ilə müqavilə bağlaya bilərlər"."Böyük sevinc hissi ilə qeyd etmək istərdim ki, biz bu il dünya sığorta bazarında mövcud olan ən vacib məhsullardan birini – istehlak krediti götürən şəxslərin həyat sığortası məhsulunu və bu sahədə olan təcrübəni ölkəmizə gətirə bildik".
Marja xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC-nin rəhbəri Niyaz İsmayılov 2024-cü ilin yekunlarına həsr olunmuş müsahibəsində bildirib.
Şirkətin sədri qeyd edib ki, 3 milyona yaxın istehlak krediti əldə edən vətəndaşımızın həyatı sığortalanmayıb, bu isə öz növbəsində onları risk qarşısında qoyur:
Gələcəkdə kredit əldə etdikdən sonra onların başına gələ biləcək ölüm və ya əlillik kimi hadisələr ailə üzvləri və yaxınlarını böyük öhdəlik və yük altında qoyur. Bu isə öz növbəsində insanların sosial rifahına mənfi təsir göstərir. Buna görə də, Azərbaycan Sığortaçılar Assossasiyası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə sığorta fəaliyyətinin gücləndirilməsi və vətəndaşların maddi və mənəvi rifahınının yaxşılaşdırılması istiqamətində kredit götürən şəxslərin həyat sığortası layihəsini işləyərək hazırladı. Hal-hazırda sığorta bazarında 5 həyat sığortası şirkəti fəaliyyət göstərir və onların hər biri rahat qaydada istənilən bankda öz təkliflərini irəli sürə bilər, müştərilər isə əlbəttə ki, könüllü qaydada sərbəst seçim əsasında bu 5 şirkətdən biri ilə müqavilə bağlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















