Ötən il Dövlət Xidməti "Rahat Market"lərin sahibi barəsində 2 dəfə tədbir görüb
Qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.
Marja.az Xidmətə istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də "Rahat Market"lərin sahibi olan “ANC Group” MMC şirkətidir.
Ötən ilin fevral ayında Şirkət barəsində tərtib olunmuş protokola görə, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılmışdır.
Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) pozulub.
Ötən ilin dekabr ayında da tərtib olunmuş protokola görə, “ANC Group” MMC yenə qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satmışdır.
Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) pozulub.
2023-cü ildə də “ANC GROUP” MMC şirkəti qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satığına görə 2 dəfə cərimələnib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















