SOCAR Türkiyədə 2 şirkətini satdı
"Aksa Doğalgaz" şirkəti "Bursagaz" və "Kayserigaz" şirkətlərini “SOCAR Türkiye”dən aldı“Aksa Doğalgaz” şirkəti (AKSA Enerji) “SOCAR Türkiye” qrupunun şirkətlərindən olan "Bursagaz" və "Kayserigaz"ın alınması üçün müqavilə imzalayıb.
Marja.az Şirkətin açıqlamasına istinadən xəbər verir ki, "Aksa Doğalgaz", "SOCAR Türkiye"nin tərkibində fəaliyyət göstərən təbii qaz paylama şirkətləri "Bursagaz" və "Kayserigaz"ı almaq üçün müqavilə prosesini tamamlayıb.
Transfer əməliyyatlarının tamamlanmasıyla "Bursagaz" və "Kayserigaz" "Aksa Doğalgaz" "çətiri" altında xidmət göstərəcəklər.
"Aksa Doğalgaz"ın İdarə Heyətinin sədri Yaşar Arslan törəmə şirkəti olduqları "Kazancı Holding"in bilik və təcrübəsindən güc alaraq irəlilədiklərini və bu müddətdə ölkənin inkişafına töhfə verməyi hədəflədiklərini bildirib.
2015-ci ildə qarşıya qoyduğu 2025 hədəflərini aşdıqlarını və 2030-cu il üçün yeni və güclü hədəflərlə yola çıxdıqlarını qeyd edən Arslan, “Bursagaz və Kayserigaz ilə birlikdə davamlı inkişaf yönümlü strategiyamızı əks etdirən bu hədəflərə yaxın olacağıq. Hər biri öz bölgəsində mühüm xidmətlər göstərən bu şirkətlərin sinerjisi ilə, inanıram ki, "Aksa Doğalgaz" yeni uğurlar qazanacaq və biz böyüyən və güclənən əməliyyat şəbəkəmizlə gələcəyi formalaşdırmağa davam edəcəyik", deyib.
2019-cu ildən "SOCAR Türkiye" şirkətinin tərkibində xidmət göstərən "Bursagaz" və "Kayserigaz" təxminən 2 milyon abonentə təbii qaz paylama xidməti göstərir.
Təxminən 1,2 milyon abunəçisi və 7 min kilometri keçən şəbəkə uzunluğu ilə "Bursagaz" Türkiyənin 4-cü ən böyük təbii qaz paylama şirkətidir.
"Kayserigaz"ın şəbəkə uzunluğu 7 min kilometrdən çoxdur və 700 min abunəçisi var.
“SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov, “Şirkətlərimizin satış qərarını "SOCAR Türkiye"nin uzunmüddətli strateji hədəfləri istiqamətində qiymətləndiririk. Bu günə qədər etdiyimiz təxminən 18,5 milyard dollar sərmayə ilə Türkiyənin ən böyük birbaşa xarici sərmayədarıyıq və bu strateji əhəmiyyətli sərmayələrlə uzun illər Türkiyədə dəyər yaratmağa davam edəcəyik. Bir müddət əvvəl ictimaiyyətlə paylaşdığımız kimi, əsas istiqamətlərimizdən biri olan neft-kimya sənayesinə diqqət yetiririk, bu sahəyə əhəmiyyətli bir sərmayə qoymaq üçün mühəndislik tədqiqatlarına başlamışıq", deyib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
1 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
1 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
-
2 saat əvvəl
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
Kaya Kallas Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib
"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"






.jpg)





.jpg)








