Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samir Şərifov  maliyyə naziri vəzifəsindən azad edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Marja xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Samir Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Qeyd edək ki, 1961-cı ildə anadan olmuş Samir Şərifov (64 yaş) 2006-cı il aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı (19 il).

XXX

S.R.Şərifovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilsin.

XXX

S.R.Şərifovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2025-ci il

Samir Rauf oğlu Şərifov vəzifə azad baş nazir müavin sərəncam
10.01.2025 12:52
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18