"Metronun 20 Yanvar stansiyası ətrafındakı sıxlığa qanunsuz daşımalar şərait yaradır"
Bir sıra tədbirlərin görülməsi nəzərdə tutulurSumqayıt istiqaməti üzrə bizim 594 və 595 nömrəli marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu, yalnız Sumqayıt üzrə gedən marşrutlarda daşınan sərnişinlərin sayıdır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Sumqayıt, Xırdalan və Masazır istiqamətindən hərəkət edən avtobusların 20 Yanvar metrostansiyası ətrafında yaratdığı sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir.
“Burada qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də, 508 saylı yeni marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində bu marşrutla daşınan sərnişinlərin sayı artıq 6 mini ötüb. Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və ona görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Bura dəmir yolunun inkişaf etdirilməsi, yol qovşaqları, yeni yolların inşası da aiddir”, - deyə nazir müavini bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























