Mercedes-Benz-in də satışları azalıb - GƏRGİNLƏŞƏN RƏQABƏT ŞİRKƏTƏ MƏNFİ TƏSİR EDİR
Mercedes-Benz-in avtomobil satışları 2024-cü ildə əvvəlki ilə nisbətən 3 faiz azalıb.Çində zəif iqtisadi artım və gərginləşən rəqabət nəticəsində 2024-cü il avtomobil sənayesi üçün çətin keçib. Marja.az xəbər verir ki, Almaniya şirkəti Mercedes-Benz avtomobillərinin satışının azaldığını açıqalayıb.
Almaniyanın lüks avtomobil istehsalçısının açıqlamasına görə, keçən il 1 milyon 983 min 400 ədəd Mercedes-Benz avtomobili satılıb. Bu rəqəm 2023-cü ilə nisbətən 3% azdır. Şirkətin Mercedes-Benz satışları Çində 7%, Avropada isə 3 faiz azalıb. ABŞ-da satışlar 9 artaraq 324 min 500-ə çatıb.
Mercedes Benz elektrik avtomobillərinin illik satışı 23% azalaraq 185 min 100 ədədə geriləyib. Avropa İttifaqının CO2 emissiyalarının azaldılması ilə bağlı daha sərt tələbləri bu il qüvvəyə minib. Bu, avtomobil istehsalçısına əlavə təzyiq göstərir, əgər elektrikli avtomobillərinin satışları artmasa, Mercedes-Benz üçün vəziyyət daha da pisləşə, böyük cərimələr ilə qarşı - qarşıya qala bilər.
Avtomobil istehsalçısı 2024-cü ildə tam illik mənfəət marjası hədəfini iki dəfə azaldıb, mənfəətin və marjanın azalmasında Çin avtomobil bazarının zəifləməsini əsas göstərən rəqiblərə qoşularaq xərclərini daha çox azaldacağını bildirib.
Avtomobil istehsalçısının 2024-cü il üçün illik maliyyə nəticələrini fevralın 20-də açıqlayacağı gözlənilir.
"Mercedes-Benz Group"un cəmi avtomobil satışları isə (digər markalar ilə birlikdə) keçən il 2023-cü illə müqayisədə 4 faiz azalaraq 2 milyon 389 min ədədə düşüb. Şirkətin yüngül kommersiya avtomobilləri satışı (furqon) sözügedən dövrdə 9 faiz azalaraq 405 min 600-ə geriləyib. Alman istehsalçının akkumulyatorlu elektrikli vasitə satışları da keçən il 22% azalaraq 204 min 600-ə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















