Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanacaq - Putin və Pezeşkian görüşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanacaq - Putin və  Pezeşkian görüşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, İran prezidenti yanvarın 17-də Rusiyaya rəsmi səfər edəcək.

"İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, eləcə də regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq və mətbuata açıqlamalar verəcəklər", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

13.01.2025 16:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18