Donald Trampın Ağ Evə qayıtması ərəfəsində Çinin ixracı artıb
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına görə, Çinin xarici ticarəti 2024-cü ildə 992 milyard dollarlıq müsbət saldo göstərib. Müsbət xarici ticarət saldosu 2023-cü illə müqayisədə 20% artıb.
Ümumilikdə, 2024-cü ildə Çinin ixracı 5,9% artaraq 3,57 trilyon dollar, idxalı isə 1,1% artaraq 2,58 trilyon dollar təşkil edib. Çindən ABŞ-a ixrac noyabr ayı ilə müqayisədə dekabrda 16%, 2024-cü ilin bütün dövrü ərzində isə 5% (525 milyard dollara) artıb.
Marja xəbər verir ki, bu tendensiya Qərb idxalçılarının 2025-ci ildə mümkün ticarət müharibəsini gözləməsi və ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın yüksək tariflər tətbiq etməsindən əvvəl daşımaların sürətləndirilməsi ilə bağlıdır.
Lakin 2024-cü ilin sonunda Çindən tədarükün artımı təkcə ABŞ-da qeydə alınmayıb. Məsələn, ölkənin Vyetnama ixracı 17,7% artıb.
Mütəxəssislərin fikrincə, Çinin ixracının artmasına Çin daxilindəki güclü deflyasiya da təsir edib ki, bu da zəif daxili tələb fonunda xarici bazarları, məsələn, avtomobil bazarlarını fəth etməyə çalışan Çin istehsalçılarının qiymətlərinin düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















