Azərbaycanın iri şirkəti 6 ayda 1,5 milyard manat xalis mənfəət əldə edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyard 545 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin eyni dövrünü 1 milyard 414 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, SOCAR-ın yarımillik xalis mənfəəti 131 milyon manat və ya 9,3% artıb.
Marja.az Şirkətin konsolidasiya edilmiş, qısaldılmış aralıq maliyyə hesabatlarına istinadən xəbər verir ki, SOCAR-ın satışdan gəlirləri 2023-cü ilin ilk 6 ayında 42 milyard 181 milyon manat ikən, 2024-cü ilin ilk 6 ayında 45 milyard 54 milyon manat təşkil edib (2 milyard 873 milyon manat və ya 6,8% artıb).
30 İyun 2024-cü il tarixində SOCAR 72 milyard 581 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 71 milyard 966 milyon manat cəmi aktivlərə malik idi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilib. SOCAR hasilat, nəqletmə və emal əməliyyatları ilə məşğul olur. SOCAR-ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı, nəql edilməsi, eləcə də neftin, qazın, neft məhsullarının satışından ibarətdir. SOCAR 100 faiz Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























