Azərbaycanda daha bir bankın böyüklüyü 2 milyard manat səviyyəsini keçib
Ötən il "Azər-Türk Bank"ın cəmi aktivləri 1 milyard manatdan çox artaraq 2 milyard manat səviyyəsini aşıb. Sürətlə böyümənin mənbəyi hüquqi şəxslərin depozitləri üzrə Banka böyük məbləğdə vəsaitin daxil olmasıdır.Səhmlərinin nəzarət paketi Azərbaycan dövlətinə məxsus olan "Azər-Türk Bank" ASC 2024-cü ili 21 milyon 308 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 14 milyon 41 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7 milyon 267 min manat və ya 51.7% (1,5 dəfə) artıb.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Azər-Türk Bank" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ildə 92 milyon 563 min manat ikən, 2024-cü ildə 146 milyon 465 min manat təşkil edib (53 milyon 902 min manat və ya 58,2% artıb).
Ötən il "Azər-Türk Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 352 milyon 494 min manat və ya 78,8% artaraq 799 milyon 893 min manata çatıb.
"Azər-Türk Bank"ın cəmi aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü il ərzində 1 milyard 88 milyon 791 min manat və ya 2,1 dəfə artaraq 31 dekabr 2024-cü il tarixində 2 milyard 84 milyon 327 min manata çatıb. Bank 2023-cü ilin sonunda 995 milyon 536 min manat, 30 sentyabr 2024-cü il tarixində 1 milyard 548 milyon 469 min manat cəmi aktivlərə malik idi.
Ötən il "Azər-Türk Bank"ın cəmi depozit portfeli 3 dəfə və ya 975 milyon 380 min manat artaraq 1 milyard 459 milyon 966 min manata yüksəlib. Bankda hüquqi şəxslərin depozitləri 4,6 dəfə və ya 976 milyon 685 min manat artaraq 1 milyard 246 milyon 839 min manata çatıb.
31 dekabr 2024-cü il tarixində "Azər-Türk Bank" 98 milyon 876 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 78 milyon 437 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA


















.jpg)





