Azərbaycana gələn əcnəbilərin sayı 26% artıb - Hindistan və İspaniya üzrə 2 dəfə artım olub
Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycan Respublikasına dünyanın 196 ölkəsindən 2 milyon 626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 27,8 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.
2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Qırğızıstandan - 49,6 faiz, Qazaxıstandan - 48,6 faiz, Pakistandan - 46,7 faiz, Filippindən - 44,3 faiz, Omandan - 41,6 faiz, İordaniyadan - 39,7 faiz, Polşadan - 37,0 faiz, ABŞ-dan - 35,1 faiz, İtaliyadan - 35,1 faiz, Almaniyadan - 27,4 faiz, İrandan - 27,2 faiz, Niderlanddan - 27,1 faiz, Türkmənistandan - 27,0 faiz, Tacikistandan - 21,7 faiz, Səudiyyə Ərəbistanından - 21,6 faiz, Yəməndən - 21,0 faiz, Fransadan - 20,0 faiz, Böyük Britaniyadan - 19,2 faiz, Misirdən - 17,2 faiz, Rusiya Federasiyasından - 17,0 faiz, Özbəkistandan - 17,0 faiz, Ukraynadan - 15,6 faiz, Türkiyədən - 12,7 faiz, Moldovadan - 11,8 faiz artmışdır.
2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2 milyon 158,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil etmişdir.
2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















